Çəkiclə "sevgilisi"nin başına 39 zərbə endirib...

Çəkiclə "sevgilisi"nin başına 39 zərbə endirib...

İrkutskda məhkəmə 61 yaşlı kişini sevgilisini öldürdüyünə görə 15 il müddətinə azadlıqdan məhrum edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin (İQK) İrkutsk vilayəti üzrə istintaq idarəsinin nümayəndəsi Karina Qolovaçeva xəbər verib.

Beləliklə, idarədən verilən məlumata görə, may ayında sərxoş müttəhim sevgilisi ilə mübahisə edib. O, çəkiclə onun başına 39, bəli 40 yox, məhz 39 dəfə zərbə endirib.

...Qadın xəstəliyi olduğu və müstəqil hərəkət edə bilmədiyi üçün özünü müdafiə edə bilməyib.

Təbii ki, cinayətkar tezliklə müəyyənləşib. Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə təqsirli bilinib və cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə