Sumqayıtda pirotexniki vasitələrın satıldığı anbar aşkarlanıb

Sumqayıtda pirotexniki vasitələrın satıldığı anbar aşkarlanıb

Sumqayıt şəhər və Qaradağ rayon polis idarələrinin əməkdaşları partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində birgə tədbir keçiriblər.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyindən bildiriblər ki, tədbir zamanı Sumqayıt şəhəri ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən 1 şəhər sakini müəyyən olunaraq saxlanılıb. Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə