Beyləqan rayonunda iki ədəd “AK-74” markalı avtomat polisə təhvil verilib

Beyləqan rayonunda iki ədəd “AK-74” markalı avtomat polisə təhvil verilib

Beyləqan rayonunda polis əməkdaşları 2 ədəd "AK-74" markalı avtomatı təhvil götürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər zamanı rayon sakini olan bir nəfər tapdığı silah-sursatı təhvil verib. Belə ki, tapılan 2 ədəd Kalaşnikov konstruksiyalı "AK-74" markalı avtomat, 2 ədəd avtomat sandığı və 60 ədəd patron müvafiq qaydada götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə