Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada, 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə