Sverdlovsk vilayətində 14 yaşlı yeniyetmə boks yarışında ölüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Shot Telegram” kanalında məlumat verilib.
Gənc oğlan Pervouralsk şəhər rayonunun boks çempionatında iştirak edib. Final görüşündə o, bir neçə yumruq buraxıb və rinqdə huşunu itirib. Yeniyetmə üçün dərhal təcili yardım çağırılsa da, o, avtomobildə dünyasını dəyişib. Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsi bildirib ki, faktla bağlı araşdırma aparılır.
“Hadisə yerinə baxış keçirilib, hadisə şahidləri dindirilib, yeniyetmənin meyiti ölümünün dəqiq səbəblərinin müəyyən edilməsi üçün ekspertizaya göndərilib, idmançıların yarışa buraxılmasının yoxlanılması ilə bağlı sənədlər tələb edilib və öyrənilib”, - deyə idarədən bildirilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB