Qazaxda piyadanı maşın vurub öldürüb

Qazaxda piyadanı maşın vurub öldürüb

Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

SİA APA-dan əldə etdiyi məlumata görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, bu gün 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndi ərazisində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən hərəkətdə olan VAZ-21099 markalı avtomobilin yan güzgüsünə dəymiş, daha sonra arxadan gələn Mercedes markalı avtomobil tərəfindən vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

20.35

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Rayonun Çaylı kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil şəxsiyyəti hələlik məlum olmayan piyadanı vurub. Piyada hadisə yerinə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə