Soyuqda uşaq dünyaya gətirib çantaya ataraq çölə atan Yekaterinburq sakini niyə belə etdiyini açıqlayıb. Qadının sözlərinə görə, o, zorlanıb və hamiləliyindən xəbəri olmayıb. ...Qız polisə qapını açıb körpəni çantaya qoyduğunu etiraf edəndə təcavüzə məruz qaldığını və hamilə olduğunu bilmədiyini söyləyib
SİA-nın əldə etdiyi məlumata görə, bunu körpəni tapan gənc qonşu oğlan bildirib.
Bu arada qız qeyd edib ki, körpə hazırda ağır vəziyyətdə xəstəxanadadır. Heç kimə onu görməyə icazə verilmir.
Xatırladaq ki, hər şey dekabrın 15-nə keçən gecə Orconikidze rayonunda baş verib. Belə ki, Yekaterinburqlu qadın doğuşdan sonra körpəni çantaya qoyaraq pəncərəsinin altındakı soyuq zibil qutusuna atıb.
Körpəni təsadüfən qonşu evin sakini görüb. O, dərhal sevgilisinə bu barədə məlumat verib və birlikdə paketi açdıblar: uşaq sıx polimer təbəqəsi altında az qala boğulacaqmış.
Regional İstintaq Komitəsi körpənin anası soyuqdəymənin fəsadlarından xəbərdar olduğunu bildirib. Onun barəsində yeni doğulmuş uşağı öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB