Ələt-Astara yolunda qəza olub, ölən və yaralanan var

Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində ağır qəza baş verib. SİA-nın məlumatına görə, minik avtomobili yük avtomobilinə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə