Goranboyda maşın piyadanı vurub

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1951-ci il təvəllüdlü Adil Ələkbərovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə