Samuxda sürücünü döyərək avtomobilini qaçıran şəxslər saxlanılıb

Samuxda sürücünü döyərək avtomobilini qaçıran şəxslər saxlanılıb

Samux polisi sürücünü döyərək avtomobilini qaçıran şəxsləri saxlayıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabr ayının 14-də axşam saatlarında Gəncə şəhər sakini A. Abdürrəhmanov DİN-in 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək müştəri qismində əyləşən 2 nəfər naməlum şəxsin onu döyərək “Toyota-Prius” markalı avtomobilini əlindən alaraq qaçırdıqlarını bildirib.

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Sərxan Mürsəlov və Eşqin Mustafayev Samux rayon ərazisində saxlanılaraq aidiyyəti üzrə istintaqa təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə