“Da zdravstvuet russkiy sud, samıy qumannıy sud v mire!”

“Da zdravstvuet russkiy sud, samıy qumannıy sud v mire!”

Sankt-Peterburqda gənc ana yeni doğulmuş uşağını ac qoyaraq öldürdüyünə görə ona hökm oxunub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şəhər məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Deyilənlərə görə, qadın 2023-cü ilin əvvəlində ana olub, lakin aprel ayından başlayaraq analıq vəzifələrini tam yerinə yetirməyib.

Müəyyən edilib ki, o, körpəni pis qidalandırıb, sanitar normaları pozub, uşaq poliklinikasına müraciət etməyib və uşağın vəziyyəti pisləşəndə ​​belə həkimə müraciət etməyib. Nəticədə infeksiyaya yoluxan körpəni xilas etmək mümkün olmayıb.

Beləliklə, əvvəlcə qadın valideynlik vəzifələrini yerinə yetirməməkdə günahlandırılsa da, sonra prokurorluq bu ittihamı ləğv edib.

Təqsirləndirilən “qadın” öz təqsirini etiraf edib və tamamilə peşman olduğu, yəni bundan sonra doğacağı təqdirdə bir də belə bir “qələtlər” eləməyəcəyinə söz verdiyi üçün onun işinə xüsusi qaydada baxılıb.

...Və nəticədə məhkəmə təqsirləndirilən şəxsə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verib.
Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə