Ötən gün polis əməkdaşları tərəfindən təhvil götürülən silah-sursat açıqlanıb

Ötən gün polis əməkdaşları tərəfindən təhvil götürülən silah-sursat açıqlanıb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd tapança və 22 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə