Xudatda su dolan həyətlərin təmizlənməsinə başlanılıb - FOTO/VİDEO

Xudatda su dolan həyətlərin təmizlənməsinə başlanılıb - FOTO/VİDEO

İntensiv yağışlar səbəbindən Xaçmaz rayonu, Xudat şəhəri ərazisində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyeklərini su basıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hazırda FHN qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə