Beyləqanda 4 ədəd odlu silah polisə təhvil verilib

Beyləqanda 4 ədəd odlu silah polisə təhvil verilib

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-nın bölgə müxbirinə bildirilib ki, rayon sakinlərinin mərhum ailə üzvlərinə məxsus 4 ov silahı polis əməkdaşları tərəfindən təhvil götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə