Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb - DİN

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb - DİN

Dekabrın 11 -də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 33 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə