İki polis kapitanından 14 yaşlı qıza qarşı əxlaqsızlıq...

Almatıda 14 yaşlı qızı zorlamaqda şübhəli bilinən iki keçmiş polis kapitanı həbs edilib. Məlumatı dekabrın 11-də Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov təsdiqləyib.

...Təəssüf ki, bu fakt baş verib. Keçmiş işçilər bu gün bu cinayəti törədiblər. Dərhal intizam komissiyası keçirilib və həmin şəxslər neqativ səbəblərə görə işdən azad ediliblər. Cinayət işi çərçivəsində onlar həbs ediliblər.

Bunu bazar ertəsi ölkə parlamentində jurnalistlərin suallarını cavablandıran Yerjan Sadenov bildirib.

Nazir cinayəti törədən zaman onların hüquq-mühafizə orqanlarının sıralarında olduqlarını təsdiqləyib. Hazırda yoxlamalar gedir.

Daxili İşlər Nazirliyinin rəisi bildirib ki, hər iki əməkdaş neqativ səbəblərə görə işdən çıxarılıb.

Qeyd edək ki, daha əvvəl “NEMolchi.kz” fondunun rəhbəri Dina Tansari iki polis əməkdaşının 14 yaşlı qızı zorladığını bildirərək səlahiyyətli orqanlardan bunu təsdiq və ya təkzib etməyi xahiş edib.

Qeyd edək ki, qızı Konayev şəhərində təcavüz ediblər. Tansarinin sözlərinə görə, şübhəlilərdən biri yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttiş, ikincisi binanı mühafizə edən polis əməkdaşıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə