İndi sanatoriyaya gələnlər ac qalacaq?

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Tomsk vilayətində “Kosmonavt” sanatoriyasının yeməkxana binasının dam örtüyü yanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yanğın Tomsk vilayətinin Nekrasovo kəndində baş verib. Belə ki, 600 kvadratmetr sahədə yanğının qarşısı alınıb.

Qeyd edək ki, sanatoriyaya müalicəyə gələnlər və işçilər yanğınsöndürənlər gələnə qədər binanı özbaşına tərk ediblər.

Yanğının söndürülməsində 32 nəfər və 10 texnika iştirak edir. Ölən və yaralananlar barədə məlumat verilmir.

Xatırladaq ki, bundan əvvəl Yekaterinburqda yanan ticarət mərkəzindən 500 nəfərin təxliyə edildiyi bildirilmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə