Bakıda "Love City" adlı iaşə obyektində yanğın söndürülür - YENİLƏNİR-2-FOTOLAR

Paytaxt ərazisində yerləşən məşhur kafedə yanğın baş verib. SİA xəbər verir ki, hadisə Səbail rayonu Üzeyir Hacıbəyli 26B ünvanında yerləşən "Love City" adlı iaşə obyektində olub. Ərazi yerinə dərhal FHN nümayəndəri cəlb olunub.

Yaşayış binasının altında yerləşən obyektdə baş verən yanğın şəhər sakinlərinin etirazına səbəb olub. Obyektin arxasında yerləşən yaşayış məntəqəsinin sakini Nailə İbrahimova bildirib ki, bu, həmin ərazidə baş verən ikinci yanğındır: "Evdə qızım tək idi. Zəng elədi ki, yanğın baş verib. Qorxumdan işdən qayıdanda qaçaraq evə gəlmişəm. Bir müddət əvvəl bu obyektin yanında yerləşən marketdə də yanğın olmuşdu. Orada baş verən yanğının miqyası biraz da böyük olsa, bizim evlər də od tutub yanacaq. Ona görə də yaşayış binalarının bu qədər yaxınlığında obyekt tikmələri doğru deyil".

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.

Ləman Sərraf

*****

İLK XƏBƏR - 11:07

Bakıda məşhur "Love city" adlı məkanda yanğın başlayıb. SİA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, hazırda Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları yanğın baş verən əraziyə cəlb olunub.

Hadisə şahidi Hüseyn Yunusov: "Restoranların birində əyləşmişdim. Səhər saat 10:44 radələrində restorandan ayrıldım və “Tarqovı” adlı məkana yollandım. Bu zaman gördüm ki, “Love city” adlı restoran yanmağa başlayır. Dərhal özümüz FHN-nə zəng etdik. Onlar yeddi dəqiqə ərzində hadisə yerində oldular. Yanğın başlayan zaman artıq hər kəs restorandan çıxmışdı. Çox güman ki, elektrik naqillərində yaranan qısaqapanma olub".

Əlavə məlumat veriləcək.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə