Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. DİN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, dekabrın 9-10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 3 ədəd patron darağı, 66 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 1 avtomat, 1 patron darağı, 30 ədəd müxtəlif çaplı patron və 5 tüfəng götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə