Otel otağında itən 750 min avro dəyərində üzük...

...Malayziyalı iş qadını Parisdəki “Ritz” otelində 750 min avro dəyərində üzüyü itirib və o, sonradan gözlənilmədən üzük tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Le Parisien” xoşbəxt sonluqla bitən maraqlı bir hadisədən yazır.

Deməli, iş qadını administrasiyaya üzüyü stolun üstünə qoyaraq alış-verişə getdiyindən və qayıtdıqdan sonra üzüyü qoyduğu yerdə tapa bilmədiyindən şikayətlənib.

Təbii ki, bu halda daha çox otel işçilərindən şübhələnirlər. Burada da belə olub. Belə ki, təcili araşdırmalara başlanılıb.

Amma sonda üzüyü təhlükəsizlik işçiləri tapıb. O, tozsoranın çantasında imiş, ona görə də görünür ki, zinət əşyalarının itirilməsində heç bir pis niyyət olmayıb(?).

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə