47 yaşlı kişi kanalizasiya quyusuna düşərək ölüb

Xaçmaz rayonunun Xudat şəhərində bədbəxt hadisə baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, şəhər sakini 47 yaşlı Ağalarov İlqar Balaşah oğlu spirtli içkinin təsiri altında kanalizasiya üçün qazılan quyuya yıxılaraq bogulub. Onun cəsədi çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə