Şəkidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Dekabrın 10-u saat 17:50 radələrində Şəki şəhəri ərazisində Samir Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1970-ci il təvəllüdlü Abduləzizova Arzu Səməd qızını vurub.

SİA-nın əldə etdiyi məlumata görə, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə