27 yaşlı gənc tüfənglə özünü öldürüb

Şəkidə intihar hadisəsi baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Çeşməli kəndində, meşəlik ərazidə baş verib.

Rayonun Yeni Çələbi Xan qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tüfənglə özünə atəş açaraq intihar edib.

Məlumata görə, 27 yaşlı M.Məmmədovun psixoloji problemləri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə