Bakı-Sumqayıt yolundakı ağır qəzada 6 nəfər yaralanıb - 4-nün vəziyyəti ağırdır - YENİLƏNİB

Bakı-Sumqayıt şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər yaralanıb. SİA-nın Sumqayıt bürosu xəbər verir ki, yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Belə ki, yaralılardan dördünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, qəzada bir nəfər dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə