“Yetənə yetib, yetmədiyinə daş atan”ı tutublar

Bu arada Ufada hüquq-mühafizə orqanlarının əməkdaşları “yetənə yetib, yetmədiyinə daş atanlardan” birini şübhəli şəxs qismində saxlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

...Başqırdıstan Respublikası Daxili İşlər Nazirliyinin cinayət axtarış idarəsinin əməliyyatçıları vətəndaşlara qarşı silsilə hücumlarda şübhəli bilinən şəxsi müəyyənləşdiriblər.

Məlumatda belə deyilir.

Qeyd olunur ki, həmin şəxs ən azı dörd hücumda iştirakda şübhəli bilinir. Zərərçəkənlərdən biri aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bundan əvvəl Norilsk məhkəməsi üç yerli sakini öldürməyə cəhddə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçib. Şübhəli şəxs nəzarətə götürülüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə