Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib...

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil “Volkswagen” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə