Masallı sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

Masallı rayon sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlər nəticəsində daha 3 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları "İJ" markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə