Horadizdə əkin işləri aparan traktor minaya düşüb - xəsarət alan var
Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan SİA-ya bildirilib ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb.
O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB