Ağdamda yol qəzasında piyada ölüb

Ağdamda yol qəzasında piyada ölüb

Ağdamda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Ağdam rayon sakini Asəf Verdiyev yolu keçmək istəyərkən Bərdə rayon Soğanverdilər kənd sakini Fərzalı Qarayev idarə etdiyi 90-ZX-570 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı minik avtomobili ilə onu vurub. Ağır bədən xəsarətləri alan şəxs hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə