Paytaxtda avtomobil 80 yaşlı qadını vurub

Paytaxtda avtomobil 80 yaşlı qadını vurub

Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, avtomobil yolu keçmək istəyən 1943-cü il təvəllüdlü Şamirova Gülüstan Əşrəf qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə