“2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanları 2023-cü ildə olduğu formatda baş tutacaq. Belə ki, imtahanlar iki mərhələdən ibarətdir. Birinci mərhələ üçün buraxılış imtahanları, həm də qəbul imtahanlarının birinci mərhələsi hesab edilir. Burada imtahan iştirakçıları tədris dili Azərbaycan bölməsinin şagirdləri Azərbaycan dilində, rus bölməsinin şagirdləri rus dilində, həmçinin xarici dil və riyaziyyatdan imtahan verirlər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: “Burada abituriyentlərin maksimum toplayacaqları bal 300 baldır. Bu imtahanın birinci mərhələsi bir dəfə keçirilir. 2024-cü ilin mart ayında isə bölgələr üzrə keçiriləcək. Burada abituriyentlər bloklar, ixtisas qrupları üzrə imtahan verirlər. Seçdikləri 4 ixtisasdan birini seçirlər. Onlar iki dəfə bu imtahanda iştirak edə bilirlər. 11-ci sinfin şagirdləri, həmçinin imtiyazlılar üçün bu imtahan ödənişsiz olur. Digər şəxslər isə müvafiq olaraq Tarif Şurası tərəfindən təsdiqlənmiş ödəniş müqabilində imtahanlarda iştirak edirlər.
İmtahanlar ixtisas qrupları üzrə may ayında keçiriləcək. İkinci dəfə hazırlaşmaları üçün abituriyentlərə müəyyən qədər vaxt verilir. Növbəti imtahan isə iyun ayının sonu, iyul ayında təşkil ediləcək. Abituriyentlər blok imtahanlarının hansında yüksək nəticə toplayarlarsa, həmin imtahan nəticəsindən ali məktəbə ixtisas seçimi zamanı onlara lazım olur. Bu il ali təhsil müəssisələrinə, yəni 2024-cü ildə keçiriləcək imtahanlardan sonra plan yerləri artırılacaq. Əgər 2023-cü ildə ali təhsil müəssisələrinin qəbul plan yeri 55 800 idisə, 2024-cü ildə bu rəqəm 60 000-dən çox olacaq. Həmçinin, 2024-cü ildə nəşr ediləcək abituriyent jurnalında tələbələrimiz yeni universitet adı görəcəklər. Bu Qarabağ Universitetidir. 1000-ə yaxın qəbul olan yeri 1,2,3-cü ixtisas qrupları üzrə Qarabağ Universitetinə ayrılacaq. Burada tələbələr ixtisas seçimi edə biləcəklər.
Ümumilikdə Dövlət İmtahan Mərkəzi öz portalında qəbul imtahanları üzrə proqram nəşr edib. DİM-in portalında bunu izləmək mümkündür. Abituriyentlərin topladıqları balı ümumi müsabiqə şərtini ödəyirsə, onlar ixtisas seçimi edəcəklər. 2024-cü ilin mart ayından etibarən bu il 11-ci sinifdə oxuyan şagirdlər, həmçinin əvvəlki illərin məzunları imtahanlara cəlb olunacaqlar. Onlar artıq 2024-cü ilin aprelində buraxılış fənlərinə, may ayından isə bloklarla bağlı ixtisas qrupları üzrə imtahanlara cəlb olunacaqlar.
Magistratura pilləsinə qəbul imtahanları isə iki dəfə keçiriləcək. Biri fevral ayında, digəri may ayında olacaq. Buraya qəbul olmaq istəyənlər müvafiq imtahanlarda iştirak etməlidirlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB