Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Qurumdan SİA-ya verilən məlumata görə bu çərçivədə Göygöl rayonunun Üçtəpə kəndi və Şəmkir rayonunun “Ceyrançöl” massivi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə