Tapança satmaq istəyən şəxs saxlanılıb

Qusar Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 1984-cü il təvəllüdü Eldar Əliyev Qusar rayonu Yasab kəndi ərazisində saxlanılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, onun üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapançası, 5 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahatı alınan E.Əliyev tapançanı bir müddət əvvəl Bakı şəhərində əldə etdiyini və satmaq məqsədilə Qusar rayonuna gətirdiyini bildirib.

Faktla əlaqədar Qusar Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə