Bakıda bir nəfər hamamda dəm qazından ölüb

Bakıda bir nəfər hamamda dəm qazından ölüb

Bakı şəhərinin Qaradağ rayonunda bir nəfər fərdi yaşayış evində dəm qazından zəhərlənib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Caniyev Fadim Amil oğlu Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə