Bakıda, Həsən Əliyev küçəsində noyabrın 29-da yol qəzası nəticəsində Qazaxıstan vətəndaşı Nübar Kuliyeva ölüb. SİA xəbər verir ki, saat 7 radələrində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Əhmədov Mərdan Qabil oğlu idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə piyada zolağı ilə yolu keçən 1959-cu il təvəllüdlü Nübar Kuliyevanı vurub.
Sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB