Naxçıvanda bu il 24 nəfər yol qəzalarında ölüb

Bu ilin doqquz ayı ərzində Naxçıvan Muxtar Respublikasında 56 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 24 nəfər həyatını itirib. SİA xəbər verir ki, bunu Naxçıvan Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis kapitanı Ayaz İsmayılov bildirib.

Onun sözlərinə görə, aparılan təbliğat işlərinə baxmayaraq, muxtar respublikada 9 ayda baş verən yol qəzaları nəticəsində 61 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə