Qubada 59 yaşlı kişi intihar edib

Qubada 59 yaşlı kişi intihar edib. SİA xəbər verir ki, Quba rayonu Alpan kənd sakini - 1964-cü il təvəllüdlü İmran Qəribov yaşadığı evin həyətində olan çardaqdan özünü iplə asaraq intihar edib.

Məlumata görə, həmin şəxs spirtli içki aludəçisi olub və əvvəllər bir neçə dəfə intihara cəhd edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə