Tailand polisi İnterpol xətti ilə axtarışda olan Rusiya vətəndaşını saxlayıb.
SİA-nın əldə etdiyi məlumata görə,TASS bu barədə Rusiyanın krallıqdakı səfirliyinə istinadən xəbər verir.
“...Rusiya vətəndaşı Nikolay Ştanko Tailand və Malayziya arasında quru sərhədini keçərkən krallığın immiqrasiya qanunlarını pozduğuna görə saxlanılıb. Saxlanılan Rusiya vətəndaşına konsulluq girişi təmin edilib və əməkdaşlarımız ona baş çəkiblər”, - deyə diplomatik nümayəndəliyin konsulluq şöbəsindən bildirilib.
“Bangkok Post” qəzetinin məlumatına görə, Rusiya vətəndaşı 2018-ci ilin oktyabrından 2020-ci ilin iyuluna qədər Rusiyada qanunsuz pul köçürmələri və çirkli pulların yuyulması ilə məşğul olan cinayətkar qrupun fəaliyyətində iştirakda şübhəli bilinir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB