Noyabrın 22-nə keçən gecə Binəqədi rayonu ərazisindəki orta məktəblərin birindən notbuk və proyektor oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri N.Atayev və əvvəllər məhkum olunmuş F.İdrisov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB