Gəncədə bacısını qətlə yetirən şəxs saxlanılıb

Gəncədə bacısını qətlə yetirən şəxs saxlanılıb

Gəncədə bacısını qətlə yetirən qardaş saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya daxil olan sorğuya cavab olaraq bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə