Çelyabinsk Traktor Zavodunda güclü yanğın başlayıb

Çelyabinsk Traktor Zavodunda güclü yanğın başlayıb

Çelyabinsk Traktor Zavodunda güclü yanğın baş verib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Mash Telegram kanalı yayıb.

Deyilənlərə görə, transformator partlayıb.

Telekanalın məlumatına görə, hazırda itkilər barədə məlumat yoxdur. Sakinlər hadisənin şəhərdə şəbəkənin kəsilməsinə səbəb ola biləcəyindən ehtiyat edirlər.

Xatırladaq ki, Böyük Vətən Müharibəsi illərində Çelyabinsk Traktor Zavodu KV-1 tankları istehsal edirdi.

Yeri gəlmişkən, ötən gün Xabarovskda tullantıların emalı məntəqəsində güclü yanğın baş verib.

Hadisə yerində 30 yanğınsöndürən və 10 texnika çalışıb. Zibilin daşınması üçün buldozerdən istifadə olunub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə