Moskva vilayətində aqressiv döyüşçü itin hücumuna məruz qalan qadın və uşaq xəstəxanaya aparılıb.
SİA-nın əldə etdiyi məlumata görə, İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti xəbər verir ki, insident ötən cümə günü, noyabrın 24-də Odintsovonun VNİİSSOK kəndindəki uşaq meydançasında baş verib. Müəyyən edilib ki, sahibinin ağzı və bağı olmadan gəzdiyi döyüşçü it dörd yaşlı qıza və qadına hücum edib.
Üz nahiyəsindən dişləmə yarası alan uşaq və dayəsi xəstəxanaya yerləşdirilib.
Hadisə əsasında İstintaq Komitəsi qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açıb. Hazırda işin istintaqı çərçivəsində hadisənin bütün halları müəyyən ediləcək.
Daha əvvəl Primorsk diyarında qəzəbli Alabay itinin yeddi yaşlı qızın üzünü dişlədiyi bildirilmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB