Tümendə sərxoş kişi yatmış anasını mətbəx bıçağı ilə öldürüb. İstintaq təqsirləndirilən şəxsin həbs olunmasını xahiş edir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İstintaq Komitəsinin Tümen vilayəti üzrə istintaq idarəsinin mətbuat xidməti xəbər verir.
Beləliklə, noyabrın 21-də axşam saatlarında Taraskul mikrorayonunun Sanatornaya küçəsində yerləşən binada mənzildə dəhşətli cinayət törədilib.
Müəyyən edilib ki, 28 yaşlı rusiyalı sərxoş halda yatmış anasına mətbəx bıçağı ilə azı 6 bıçaq zərbəsi vurub. 61 yaşlı qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.
Departamentdən əlavə ediblər ki, yaxın vaxtlarda məhkəmə qətldə təqsirləndirilən şəxsin həbsi ilə bağlı qərar verəcək.
Bundan əvvəl sərxoş Sankt-Peterburqlu kişinin atası ilə mübahisə etdiyi və ona bıçaq sancdığı bildirilirdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB