Ağsuda bıçaqlanma hadisəsi baş verib

Ağsuda bıçaqlanma hadisəsi baş verib

Ağsuda bıçaqlanma hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə rayonun Qaşəd kəndində qeydə alınıb.

Hadisə nəticəsində kənd sakini 2002-ci il təvəllüdlü Allahverdiyev Qadir həmkəndlisi 2002-ci il təvəllüdlü Mehdiyev Ümidə bıçaqla xəsarət yetirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən Q.Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə