Külli miqdarda siqaret və dərman preparatları aşkar edilib - FOTO
Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində ölkəmizə gələn yük nəqliyyat vasitəsinə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən SİA-ya bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən külli miqdarda - ümumilikdə 13 adda - 246800 ədəd siqaret və 73 adda - 77698 ədəd həb, 615 ədəd inyeksiya qələmi, 30 ədəd sirop, 1561 ədəd flakon, 3612 ədəd ampul, 423 ədəd kapsul, hər birində 5 ədəd olmaqla 88 bağlamadan ibarət dərman preparatları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB