Qəza törədib ərazidən uzaqlaşan sürücü məsuliyyətə cəlb edilib

Qəza törədib ərazidən uzaqlaşan sürücü məsuliyyətə cəlb edilib

Bakıda yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan daha bir sürücü aşkar edilərək məsuliyyətə cəlb edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu ərazisində “Toyota Prius” markalı 99-NF-743 dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən uzaqlaşması barədə müxtəlif media subyektlərində yayımlanmış məlumat əsasında Baş DYP İdarəsində dərhal araşdırmalara başlanılıb. Həmin nəqliyyat vasitəsinin sürücüsü 2003-cü il təvəllüdlü E.Bayramzadə aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə