Saatlıda avtomat və ov tüfəngləri aşkarlanıb - FOTO

Saatlıda avtomat və ov tüfəngləri aşkarlanıb - FOTO

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon sakinləri arasında keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz olaraq saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, son iki gün ərzində qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən vətəndaşlardan 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, eləcə də 1 ədəd “AKMS” markalı avtomat, 1 ədəd həmin silaha məxsus daraq və 20 ədəd patron təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə