Kürdəmirdə ağır yol qəzası baş verib

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqallı kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2106” markalı avtomobil həmin yolda hərəkətdə olarkən əks istiqamətdə gələn “VAZ-21011” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə hər iki avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə