...Açinskdə iki gün əvvəl yoxa çıxan 12 yaşlı uşağın meyiti zorakı ölüm əlamətləri ilə çayda tapılıb. Rusiya Federasiyasının Krasnoyarsk diyarı üzrə İstintaq Komitəsinin məlumatına görə, onun həmyaşıdı və ikinci uşağın ögey atası yeniyetmənin qətlində əli olub-olmaması yoxlanılır.
SİA-nın əldə etdiyi məlumata görə, oğlu dərsdən sonra evə qayıtmadığı üçün mərhumun anası noyabrın 17-də hüquq-mühafizə orqanlarına müraciət edib. Dərhal uşağın axtarışına başlanılıb.
Onun meyiti noyabrın 18-də şəhər daxilində axan Mazulka çayında zorakı ölüm əlamətləri ilə aşkar edilib.
Bu arada onun 11 yaşlı dostu oğlanı öldürdüyünü etiraf edib. Mənbənin sözlərinə görə, uşaq hazırda saxlanılır.
Verilən məlumata görə, itkin düşən oğlan əvvəllər də ögey atasının rəftarına görə, dərsdən sonra 11 yaşlı dostugilə gedirmiş.
Saxlanılan uşağın valideynləri mərhumun həmən gün onların evinə gəldiyini və gecəni onların toyuq hinində keçirdiyini təsdiqləyiblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB