Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Opel” markalı minik avtomobili idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza vaxtı avtomobildə biri azyaşlı olmaqla, 3 nəfər olub.

Qəzada xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə ilə əlaqədar Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu qısa müddətə bağlanıb, tıxac yaranıb. Nəqliyyat vasitəsi hadisə yerindən kənarlaşdırılaraq avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə